Haqqımızda

Mehriban Allahın adı ilə.

“Asiman” Uşaq Təlim-Tərbiyə Mərkəzi 2015-ci ildə “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin nəzdində təsis edilib. Mərkəzdə şirin balalarımız İslam dininin təlimləri, əxlaq – ədəb qaydaları ilə tanış olurlar.

Dərslər internet üzərindən keçirilir. 4-dən 7 yaşa qədər uşaqlarımız mərkəzin “bağça” bölməsində tərbiyə alırlar. 7-dən 13 yaşa qədər məktəbli uşaqlar isə 3 yaş kateqoriyasında mərkəzdə təhsil almaqdadırlar.

Balalarımıza “bağça” bölməsində “Davranış qaydaları”, “Qurandan qısa ayələr” və “Hədislər” öyrədilir. “Məktəb” bölməsində isə “Əqaid”, “Əhkam”, “Əxlaq”, “Quran”, “Hədis” və “Peyğəmbərlərin tarixi” dərslərini övladlarımız mənimsəyirlər.

Mərkəzdə çalışan müəllim və müəllimələr könüllülük prinsipi ilə təmənnasız gələcək nəsillərimizə xidmət edirlər.
Seyidə Şəfəq xanım Əhmədova mərkəzin müdiridir.

Övladlarının dini və milli dəyərlərə uyğun təlim-tərbiyə almasında xidmətimizdən yararlanmaq istəyən hörmətli atalar WhatsApp tətbiqindən istifadə edərək +989360373817 nömrəsi, əziz analar isə +989032848754 nömrəsilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.

Rica olunur, qardaşlar (kişilər) dərs, qeydiyyat, proqram və digər məsələlərlə əlaqədar ancaq bu nömrə (+989360373817) ilə əlaqə saxlasınlar. İkinci nömrə yalnız xanımlara məxsusdur. Anaları maraqlandıran hər bir sualın cavabını məxsus nömrədən ala bilərlər. Diqqətinizə görə təşəkkür edirik.

Valideynlərə hörmət və uşaqlara məhəbbətlə:
«Asiman» Uşaq Təlim-Tərbiyə Mərkəzinin müdiriyyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir