ÖDƏNİŞLİ VİRTUAL PEŞƏ KURSLARI – Xanımlara məxsus

Allahın adı ilə.

“Asiman” Uşaq Təlim-Tərbiyə Mərkəzi, xanımların asudə vaxtlarını daha səmərəli keçirmələri, eyni zamanda ailələrin büdcəsinə az da olsa maddi kömək etmək məqsədilə 4 aylıq ödənişli peşə kursları təşkil edir.

2021-22-ci il payız-qış mövsümündə həvəskar xanımlar üçün dərzilik və photoshop kursları nəzərdə tutulmuşdur.

Kurslar 01.10.2021-də başlayıb 30.01.2022-də bitəcəkdir.
Qeydiyyat 11.09.2021-də başlayacaq, 30.09.2021 tarixinədək davam edəcəkdir.

Hörmətli xanımlar, virtual peşə kurslarında iştirak etmək istəyən şəxslər aşağıda göstərilən nömrəyə yiyələnmək istədikləri peşənin adını, öz ad, soyad, ata adını sentyabr ayının sonuna qədər yazıb göndərməlidirlər.

Qeydiyyat üçün əlaqə nömrəsi: 00989032848754


VİRTUAL PEŞƏ KURSLARI – 2021


Dərzilik (ibtidai və peşəkar səviyyə) – Günel Xankişiyeva
Çərşənbə axşamı və Cümə axşamı, saat: 15:00-17:00
Ödəniləcək məbləğ: aylıq 10 manat (4 ay = 40 AZN)

PHOTOSHOP (ibtidai səviyyə) – Seyyidə Fatimə Əhmədova
Cümə və Bazar günləri, saat: 15:00-16:30
Ödəniləcək məbləğ: aylıq 20 manat (4 ay = 80 AZN)


Hörmətlə: “ASİMAN” UTTM müdiriyyəti
10.09.2021

Elan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir